Dek 31, 2018 20:51 Asia/Baku
  • İran prezidentinin 2019-cu ilin başlanması münasibətilə təbrik müraciəti
    İran prezidentinin 2019-cu ilin başlanması münasibətilə təbrik müraciəti

İran prezidenti dünya ölkələrinin başçılarına ünvanladığı ayrı-ayrı müraciətlərdə onları 2019-cu ilin başlanması münasibətilə təbrik edib.

Həsən Ruhani bu müraciətlərdə ümidvarlıq edibdir ki, yeni milad ili bütün insanlar üçün sülh və asayiş ili olacaq. Ruhani deyib: Müştərək səylərlə dünyada rifah və asayişin gündən-günə genişlənməsinin şahidi olacağıq.

İran prezidenti dünya ölkələrinin başçılarına ünvanladığı müraciətinin digər bir hissəsində bu ölkələrn xalqları və dövlətləri üçün uğur və sağlamlıqla yanaşı olan məhsuldar bir il arzu edibdir.

Hər il milad ilinin sonuncu günü olan 31 dekabr gecəsində bir çox dünya ölkəsində yeni il mərasimi keçirilir. İnsanlar məclislər və qonaqlıqlarda iştirak edərək, saat 24-də olan ilin təhvil olmasını bayram edirlər.

Sabah 2019-cu il yanvarın biri, yeni milad ilinin ilk günüdür.

Teqlər