İran prezidenti fələstinlilərin vəhdətinə təkid edib
İran İslam Respublikası prezidenti məzlum Fələsitn xalqının özünün tapdalanmış hüququnu əldə etməsinin yeganə yolunun işğalçı israil rejimi qarşısında dayanmaq və onunla mübarizəni davam etdirməkdən ibarət olduğunu bildirib.
İİR Prezidenti Aparatının mətbuat xidmətinin verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani dünən Tehranda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ənnəxalə ilə görüşündə Fələstin xalqının sionistlərin təcavüzü, zülm və işğalçılığı qarşısındakı 70 illik müqavimətinə toxunaraq deyib: Bütün müsəlmanlar Fələsitn xalqına öz hüquqlarına nail olması, fələstinli didərginlərin öz doğma yurdlarına qayıtmaları və Qüdsün Fələstinin daimi paytaxtı olmasında dəstək verməlidirlər.
Ruhani fələstinlilər arasında birliyin vacibliyini vurğulayaraq deyib: Heç şübhəsiz ki, qələbəyə nail olmağın yollarından biri, bütün Fələstin xalqının sionist rejimə qarşı birləşməsidir və bu rejim fələstinli gənclərin müqaviməti ilə Fələstinə qalib gəlməyin əlçatmaz olduğunu başa düşəcək.
Ziyad Nəxalə də işğal olunmuş Fələstindəki son durum barədə və müqavimət qruplarının yüksək hazırlıqları xüsusunda məlumat verərək deyib: Heç şübhəsiz ki, İran İslam Respublikasının dəstəyi və prinsipial mövqeləri Fələstin xalqının hüquqları işinə xitam vermək istəyən cəhdlərin məğlubiyyətə uğramasında böyük rola malikdir.
Fələstin İslami Cihad Hərəkatının baş katibi Qəzzə sakinlərinin təzyiqlərə baxmayaraq sionist rejim və "əsrin sövdələşməsi" adlanan amerikan plana qarşı müqavimət göstərdiyini xatırladaraq deyib: Fələstin xalqı bütün təzyiqlərə rəğmən öz hüquqlarına nail olana kimi müqavimət və mübarizədən əl çəkməyəcək.