Kontr-admiral Səyyari: İranın dost ölkələrə mesajı, daim sülh və dostluqdur
İran İslam Respublikası Ordusunun baş komandanının koordinator müavini deyib ki, İranın dost və qonşu ölkələrə mesajı, daim sülh və dostluq olubdur.
İran İslam Respublikası Ordusunun baş komandanının koordinator müavini kontr-admiral Həbibullah Səyyari bu gün "Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" adlı səkkizinci manevr başa çatandan sonra müxbirlər qarşısında belə əlavə edib: Bu manevrin İranın dostlarına mesajı, sevindiricidir, amma düşmənə göstərir ki, əgər səhvə yol verərsə, İrandan qətiyyətli və peşmanedici bir cavab alacaqdır.
Kontr-admiral Səyyari vurğulayıb ki, "Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" adlı səkkizinci manevr bu gün öncədən təyin olunmuş bütün məqsədlərinə nail olaraq, İranın mərkəzində yerləşən İsfahanda başa çatıbdır.
O, deyib: Bu manevrdə müxtəlif əməliyyatlar, o cümlədən bomba və raket atışı, hava döyüşü və hətta havada raketin vurulması çox yaxşı, vaxtında və qüdrətlə həyata keçirildi.
İran İslam Respublikası Ordusunun baş komandanın koordinator müavini bildirib ki, manevrdə iştirak edən pilotların yaşları iyirmi-iyirmi səkkiz arasında olubdur. O, deyib: İran İslam Respublikası ordusunun hava qoşunlarının yüksək hazırlığı və səyi elə bir şəraitdədir ki, İslam İnqilabının əvvəlindən bəri İran ən kəskin sanksiyalara məruz qalıbdır.
Bu gün başa çatmış "Vilayət hərimi fədakarlarının hava qüdrəti-97" manevri cümə axşamı günü başlanmışdı.