İslam inqilabının böyük rəhbəri Avropada tələbələrin islami cəmiyyətləri birliyinin iclasına müraciət ediblər
İslam İnqilabının böyük rəhbəri bildiriblər: Dünyanın hər bir yerində iranlı tələbələrin İran İslam Respublikasını əcnəbilərə ehtiyacsız edən inkişaf hərəkətinə qoşulmaları Allahın yolunda cihaddır.
İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün Hamburq islami mərkəzdə höccətül-islam Cavad Ejei tərəfindən oxunan, Avropa tələbələri islami cəmiyyətləri birliyinin 53-cü iclasına etdiyi müraciətdə buyurublar: Tələbələr İran İslam Respublikasının ən əsas gələcək ümidləri sırasındadır.
Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Hamının bilməli olduğu bundan ibarətdir ki, Allahın mərhəməti ilə bu gün dünənin çoxlu sayda tələbələri böyük işlərlə məşğuldurlar və öz vətənlərində elm və texnologiyanın inkişafına xidmət ləzzətini bütün varlıqları ilə hiss edirlər.
İslam inqilabının böyük rəhbəri bildiriblər: Dünyanın hərhansı bir yerində tələbələr mömin və xidmətçi toplumlara qoşulmaq və İran İslam Respublikasını əcnəbilərə tam ehtiyacsız etmək fürsətinə malik olacaqlar və bu hərəkət ilahi və sədaqətli niyyətlə yanaşı olduğunda Allahın yolunda cihaddır.
Avropada tələbələrin islami cəmiyyətləri birliyinin 53-cü iclası bu gün Almaniyanın Hamburq islami mərkəzində keçirilib.