Vaizi: Amerikanın iranofobiya siyasətinin müştərisi yoxdur
Yan 12, 2019 20:32 Asia/Baku
İran İslam Respublikası preziden aparatının rəhbəri deyib: Amerikanın ölümcül silahların satışı və sionist rejimin region ölkələrinin işlərinə hegemoniyasının təmini məqsədi ilə həyata keçirdiyi iranofobiya siyasətinin artıq müştərisi yoxdur.
Mahmud Vaizi İRNA-ya deyib: Region xalqları yaxşı bilirlər ki, ixtilaflar və anlaşılmazlıqlar sadəcə qonşularla müzakirə yolu ilə həll oluna bilər və minlərlə kilometr uzaqlardan Asiyanın qərbinə gələn başqa ölkələr sadəcə təfriqə salmağı və özlərinin qeyri-qanuni mənafelərini düşünürlər.
Vaizi bəzi Avropa ölkələrini İranı terrorizmə dəstək verməkdə ittiham etməsinə görə qınayaraq deyib: Avropa İranın İraq və Suriyadak İŞİD terrorizmi ilə mübarizə apardığını unutmamalıdır.