Yan 18, 2019 10:32 Asia/Baku
  • Zərif: Amerikanın İran-İraq əlaqələrinə müdaxilə haqqı yoxdur
    Zərif: Amerikanın İran-İraq əlaqələrinə müdaxilə haqqı yoxdur

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, amerikalı rəsmlərin İran-İraq əlaqələrinə müdaxilə haqları yoxdur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən İraqın Nəcəf vilayəti və İranın iqtisadi fəallarının iclasından sonra əlavə edib: İranın İraqla əlaqəsi heç vaxt süni olmayıbdır.

İranın xarici işlər naziri çıxışının digər bir hissəsində vurğulayıb: İran vizanın qarşılıqlı şəkildə ləğvi, gömrük rüsumlarının qarşılıqlı surətdə azalması və ya ləğvi, həmçinin sərhəd nöqtələrində sənaye qəsəbələrinin salınması yolu ilə İraq ilə əlaqələrini genişləndirməyə tamamilə hazırdır.

Zərif deyib ki, İraqa beşgünlük səfərdə Bağdad, Ərbl, Süleymaniyyə, Kərbəla və Nəcəf şəhərlərində həmin ölkənin dövlət başçıları, eləcə də ticarət fəalları ilə çox yaxşı görüşləri olub və qəti şəkildə İran-İraq əlaqələri olduqca aydın və parlaq bir üfüqə malikdir.

Məhəmməd Cavad Zərif bazar günü gecə İraqın paytaxtı Bağdada daxil oldu və iraqlı rəsmilərlə görüşlər keçirib, məşvərətlər apararaq, Bağdadda böyük İran-İraq konfransında iştirak etdi.

Zərif çərşənbə axşamı günü də Ərbil və Süleymaniyyəyə səfər edərək, İraq Kürdüstanı məntəqəsinin məsul şəxsləri ilə görüşlər keçirdi.

İran və İraq Kürdüstanı məntəqəsinin iqtisadi əməkdaşlığı üzrə böyük konfransda iştirak İran xarici işlər nazirinin İraq Kürdüstanındakı digər proqramlarından olubdur.

Teqlər