Yan 20, 2019 17:06 Asia/Baku
  • PressTV-nin aparıcısına dəstək aksiyası keçirildi - Tehranda
    PressTV-nin aparıcısına dəstək aksiyası keçirildi - Tehranda

Tələbələr və müxtəlif təbəqədən olan insanlar o cümlədən qadınlar PressTV-nin əslən amerikalı olan aparıcısı Mərziyə Haşiminin ABŞ polisi tərəfindən həbs edilməsinə etiraz olaraq Tehranda, İsveçrə səfirliyi önündə aksiya keiriblər.

Bazar günü ABŞ-ın maraqlarının müdafiəçisi olan İsveçrə səfirliyi önündə keçirilən aksiyada Mərziyə Haşiminin dərhal azadlığa buraxılması istənilib. 

Digər ölkələrdə də xüsusilə media işçiləri Mərziyə Haşiminin tez bir zamanda azad edilməsini istəyiblər. 

PressTV-nin aparıcısı olan Mərziyə Haşimi bazar günü (13 yanvar) Sent Luis hava limanında həbs edilərək, Federal Təhqiqatlar Bürosunun Vaşinqtondakı təcridxanasına köçürülüb. 

Vaşinqton məhkəməsi cümə günü Mərziyə Haşiminin "maddi şahid" qismində saxlanıldığını və ona qarşı hansısa ittihamın irəli sürülmədiyini bildirib. 

Teqlər