İran-Türkmənistan əməkdaşlıqlarının inkişaf yolları araşdırıldı
https://azeri.sahartv.ir/news/İran-i333293-İran_türkmənistan_əməkdaşlıqlarının_inkişaf_yolları_araşdırıldı
İran və Türkmənistanın xarici işlər nazirləri müavinləri ikitərəfli əməkdaşlıqların inkişaf yollarını araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2019 20:21 Asia/Baku
  • İran-Türkmənistan əməkdaşlıqlarının inkişaf yolları araşdırıldı
    İran-Türkmənistan əməkdaşlıqlarının inkişaf yolları araşdırıldı

İran və Türkmənistanın xarici işlər nazirləri müavinləri ikitərəfli əməkdaşlıqların inkişaf yollarını araşdırıblar.

İRNA-nın məlumatına görə, şənbə günü İranın xarici işlər naziri müavini Abbas İraqçı ilə Türkmənistanın xarici işlər naziri müavini Vəfa Hacıyev arasında baş tutan görüşdə ikitərəfli əlaqələr habelə, regional məsələlər müzakirə edilib, siyasi-iqtisadi əməkdaşlıqların inkişaf yolları araşdırılıb.

İran və Türkmənistanın xarici işlər nazirləri müavinləri həmçinin, mövcud əməkdaşlıqların inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinə o cümlədən enerji və tranzit sektoruna diqqətin ayrılmasına təkid ediblər.

İraqçı və Hacıyev həmçinin, İran-Türkmənistan əməkdaşlıqlarının yol xəritəsinin yenilənməsinə dair də razılıq əldə ediblər.