Yan 29, 2019 19:14 Asia/Baku
  • İranın vitse-prezidenti və Suriya prezidenti Dəməşqdə görüşüblər
    İranın vitse-prezidenti və Suriya prezidenti Dəməşqdə görüşüblər

İran İslam Respublikasının vitse-prezidenti Dəməşqdə Suriya prezidenti ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsinə təkid edilib.

İRNA-nın məlumatına görə, İshaq Cahangiri Suriya prezidenti Bəşşar Əsəd ilə görüşdə İran və Suriyanın 14-cü birgə iqtisadi forumundakı müzakirələrə işarə edərək, deyib: Tehran və Dəməşq arasında strateji iqtisadi əlaqələr sənədinin imzalanması müqavilələrin daha yaxşı icrasına kömək edəcək.

İranın vitse-prezidenti əlavə edib: Tehran və Dəməşq daim çətin günlərdə bir-birinin kənarında olublar. Və bu gün də problemlərin öhdəsindən gəlmək və inkişafa nail olmaq üçün bir-birinin kənarında olacaqlar.

Suriya prezidenti Bəşşar Əsəd də bu görüşdə İran İslam İnqilabının Böyük Rəhbərinə, İran hökumətinə və xalqına təşəkkür edərək, deyib: Suriyanın tam formada azad edilməsindən sonra ölkədə quruculuq və yenidənqurma işləri Suriya hökumətinin başlıca prioriteti sayılır və biz İranın dövlət və özəl sektorunun bu sahədə daha artıq iştirakını istəyirik.

Teqlər