Ruhani: Venesuela xalqı amerikalıların yeni fitnəsni zərərsizləşdirəcəklər
İran İslam Respublikası prezidenti deyib: Venesuela xalqı bu ölkə hökuməti ilə birlik və həmrəylik yolu ilə amerikalıların yeni fitnəsini zərərsizləşdirəcəklər.
İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü Veneseulanın Tehrandakı səfiri Karlos Antonio Alcalaa Kordesin etibarnaməsini alarkən ABŞ-ın Venesuela xalqı və dövlətinə qarşı yeni fitnə planına işarə edərək, deyib: Amerikalılar əsasən bütün xalq inqilabları və müstəqil ölkələr ilə müxalifdirlər. İnqilabları və müstəqil ölkələri repressiya etməklə dünyaya hakim kəsilmək istəyirlər.
Ruhani bir daha İranın Venesuelanın qanuni dövlətini dəstəklədiyini bildirib və deyib: Venesuela xalqının bu ölkə hökuməti ətrafında birləşməsi son dərəcə önəmli məsələdir və bu yeni fitnədə qalib tərəf Venesuela xalqı olacaq.
Ruhani həmçinin, Tehran və Karakas arasında çox yaxşı əlaqələrin olduğuna işarə edərək, deyib: İran Venesuela ilə əlaqələrinin siyasi, iqtisadi və birgə sərmayə qoyuluşu sahəsində inkişaf etdirilməsində maraqlıdır.