Ruhani: İran xalqı öz istiqlaliyyəti və izzəti üçün sövdələşməyəcək
İran İslam Respublikası prezidenti deyib: İranın başıuca xalqı sübut etdi ki, heç bir şəraitdə öz istiqlaliyyəti və izzəti üçün sövdələşməyəcəkdir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün bir müraciətdə İran xalqının İslam İnqilabı Qələbəsinin 40-cı ildönümü günü münasibəti ilə keçirilən əzəmətli şənlikdəki qəhrəmancasına iştirakına görə təşəkkür edərək, əlavə edib ki, İran xalqının böyüklüyü qarşısında baş əyir.
Ruhani bu tarixi və təyinedici gündə özünün sayıqcasına iştirakı ilə inqilabın parlaq tarixində digər bir qızılı səhifə yazmış və dünya xalqlarının gözləri önündə öz birliyini səgriləmiş İran xalqının müxtəlif təbəqələrinə, eləcə də siyasi ictimai qruplara təşəkkür edibdir.
İran İslam Respublikası prezidenti deyib: Xalqın 22 bəhmən yürüşündəki güclü və agahcasına iştirakı məsul şəxslərin ölkəyə və xalqa xidmət üzrə ardıcıl səyləri üzrə vəzifələrini ikiqat artırıbdır.
İran xalqı bu gün İslam İnqilabı qələbəsinin 40-cı ildönümündə Tehranda və İslami İranın mindən çox şəhəri və on min kəndində küçələrə çıxdı ki, bir daha İran İslam Respublikasıının banisi- Həzrət İmam Xomeyni(r.ə)-in və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin amalları ilə öz əhd-peymanını təzələmiş olsun.