Fev 13, 2019 09:54 Asia/Baku
  • Zərif: İran xalqı düşmənin təzyiqlərini sındıracaq
    Zərif: İran xalqı düşmənin təzyiqlərini sındıracaq

İran xarici islər naziri deyib: İran İslam Respublikası heç bir ölkə ilə savaş fikrində deyil, amma özünü qüdrətlə müdafiə edəcəkdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Tehranda İran İslam Respublikasının qırxillik xarici siyasətinin araşdırılması iclasında əlavə edib: İran İslam Respublikasının ağuşu beynəlxalq əlaqələrə açıq olaraq, heç bir ölkə üçün təhdid deyildir. İran xalqı quruluşun qüdrəti və təhlükəsizliyinin əsas dayaqları kimi düşmənin təzyiqlərini zərərsizləşdirəcəkdir.

Zərif vurğulayıb: İran təhlükəsizlik üçün nəinki xarici dəstəyə ehtiyacsızdır, həm də xarici təzyiqlərə rəğmən, daxili imkanlardan istifadə edərək, inkişaf və tərəqqiyə nail olubdur.

İran xarici əlaqələr üzrə strateji  şuranın sədri Kamal Xərrazi də bu iclasda deyib: İran qırx il özünə qarşı sanksiyaya və düşmənçiliyə rəğmən, regionun və dünyanın ən stabil və müstəqil ölkəsidir, zira heç kəsin fərmanı altında deyil və heç kəs öz tələblərini İrana qəbul etdirə bilməz.

Teqlər