Fev 13, 2019 17:15 Asia/Baku
  • İnqilab Rəhbəri İran xalqına xitabən “İnqilabın ikinci addımı” adlı bəyanat veriblər
    İnqilab Rəhbəri İran xalqına xitabən “İnqilabın ikinci addımı” adlı bəyanat veriblər

İslam İnqilabının qələbəsinin qırxıncı ildönümü münasibətilə İslam İnqilabının Böyük Rəhbəri tərəfindən İran xalqına xitab olunan “İnqilabın ikinci addımı” adlı bəyanat yayılıb.

Həzrət Ayətullahuluzma Xamenei bu gün bu müraciətdə, İran xalqının İslam İnqilabını, qüdrətli, amma mehriban, güzəştə gedən və hətta məzlum adlandırıb və belə əlavə ediblər: İran İslam İnqilabı heç bir döyüşdə hətta Amerika və Səddamla döyüşdə birinci gülləni atmayıb və bütün hallarda düşmənin hücumundan sonra özünü müdafiə edib və əlbəttə, qarşılıqlı cavab zərbəsini möhkəm vurubdur.

İslam İnqilabının Böyük Rəhbəri bu müraciətdə ölkənin sabitliyi, təhlükəsizliyi, ərazi bütövlüyü, sərhədlərinin qorunması, həyati, iqtisadi və quruculuq infrastrukturlarının yaradılması, seçkillər kimi siyasi məsələlərdə xalqın iştirakının diqqətəlayiq artımı, xalq təbəqələrinin siyasi baxışının yüksəlişi və onun beynəlxalq məsələlərə baxışı, ölkənin ümumi imkanlarının ədalətli şəkildə bölüşdürlməsi, cəmiyyətin ümumi atmosferində mənəviyyat və əxlaqın əyarının artması, başda Amerika olmaqla dünya quldurları, zorakıları və zalımları qarşısında müqaviməti İslam İnqilabı nailiyyətlərinin məhdud bir hissəsi adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə bildiriblər ki, bugünkü qüdrətli İran, inqilabın əvvəlindəki kimi zalımların yaratdıqları problemlər ilə üzləşir. O həzrət deyiblər: Əgər o zaman Amerika ilə problem, əcnəbi ünsürlərin əllərinin kəsilməsi və ya sionist rejimin Tehrandakı səfirliyinin bağlanmsı, yaxud da Amerikanın casusluq yuvasının rüsvay edilməsi idisə, bu gün problem, qüdrətli İranın sionist rejimin sərhədlərində iştirakı, Amerikanın Qərbi Asiya bölgəsindəki qanunsuz nüfuz dairəsinin yığışdırılması və İran İslam Respublikasının fələstinli mücahidlərin mübarizələrini himayə və bu məntəqə boyunca Hizbullah və müqavimətin dalğalanan bayrağını müdafiə etməsi üstündədir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin bu müraciətdə elm və tədqiqat, mənəviyyat və əxlaq, iqtisadiyyat, ədalət/ və korrupsiya ilə mübarizə, istiqlaliyyət və azadlıq, milli izzət və xarici əlaqələr, düşmən ilə sərhədin yaradılması və yaşayış üslubu barədə İran xalqına tövsiyələr ediblər.

 

Teqlər