Fev 17, 2019 15:21 Asia/Baku
  • Ruhani: İran bütün region ölkələri ilə qardaşcasına və səmimi əlaqələr istəyir
    Ruhani: İran bütün region ölkələri ilə qardaşcasına və səmimi əlaqələr istəyir

İran İslam Respublikasının prezidenti deyib: İranın bəzi qonşularının yanlış yolu seçdikləri bir halda, İran bütün region ölkələri ilə qardaşcasına və səmimi əlaqələr istəyir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün İranın cənubunda yerləşən Bəndər-Lenge liman şəhərinin əhalisi qarşısında Ceyşulzulm terror qrupunun 27 iranlı sərhədçinin şəhid olması ilə nəticələnən Sistan və Bəluçestan vilayətindəki terror hücumuna işarə edərək, əlavə edib: İran xalqı bu şəhidlərin qanlarının intiqamını mütləq alacaqdır.

Ruhani söyləyib: İran İslam Respublikası heç vaxt, silahları və maliyyə mənbələri əcnəbilər tərəfindən təmin olunan cinayətkar muzdurların İran İslam Respublikasının pasdarlarını şəhid etmələrinə icazə verməyəcəkdir.
İran İslam Respublikasının prezidenti bildirib ki, İran daim region üçün “təhlükəsizlikyaradan” olub və heç zaman regionda bir təcavüzün başlayıcısı olmayıbdır. O, vurğulayıb: Müsəlmanlar müttəfiq olmalı, dostcasına və qardaşcasına əlaqələr yaradaraq, regionun təhlükəsizliyini qorumalıdırlar.

“Regionda Amerikanın və sionistlərin onlar üçün təhlükəsizlik yaradacaqlarını zənn edən kəslər olduqca səhv edirlər” deyən Ruhani əlavə edib: Zalım qüdrətlərin səy və hərəkətləri qövmlər, dinlər və region xalqları arasında ixtilaf və təfriqə salmaqdır ki, bu sahədə sayıq olmaq lazımdır.

 

Teqlər