Ruhani sanksiyalar dövrünü keçməyə təkid edib
İran İslam Respublikası prezidenti Amerikanın İrana qarşı birtərəfli sanksiyalarını keçmək üçün səylərin davam etdirilməsini vurğulayıb.
İİR prezident aparatının informasiya portalının verdiyi məlumata görə, Həsən Ruhani dünən gecə İranın cənubunda yerləşən Hormozqan ostanının idarə şurasında və bu ostanın infrastruktur layihələrinin istifadəyə verilməsi zamanı deyib: İran xalqı bir daha birlik içində Amerikanın İrana qarşı sanksiyaları və məkirli planlarını zərərsizləşdirəcək və problemləri arxada qoyacaq.
İran İslam Respublikası prezidenti deyib: Amerikanın İran xalqına qarşı sanksiyaları bu xalqı təslim etdirə bilməyəcək.
Həsən Ruhani həmçinin ABŞ-ın tələblərinə rəğmən avropalıların nüvə sazişindən çıxmağın əleyhinə olmalarının İranın uğuru olduğunu bildirərək deyib: Uğurlar və qələbə İran xalqı üçündür.
ABŞ prezidenti Donald Tramp ötən il 8 mayda birtərəfli qaydada Vaşinqtonun nüvə sazişində öz üzərinə götürdüyü öhdəliklərini pozaraq ölkəsinin bu beynəlxalq sazişdən çıxdığını bildirdi.
Trampın bu hərəkəti bu ölkə daxilində eləcə də beynəlxalq səviyyədə geniş şəkilə pislənildi.