Fev 23, 2019 16:29 Asia/Baku
  • Ruhani: İranın müstəqillik yolu imperializm və böyük qüdrətlər ilə mübarizədir
    Ruhani: İranın müstəqillik yolu imperializm və böyük qüdrətlər ilə mübarizədir

İran İslam Respublikası prezidenti müstəqillik yolunda səyi imperializm və böyük qüdrətlər ilə mübarizədə praktiki addımın atılması adlandırıb və deyib: İrana qarşı sanksiyalarda məqsəd inkişafı önləməkdir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü Tehranda İranın elm təməlli şirkətlərinin müdirləri ilə görüşdə dedi: İranın elm təməlli şirkətləri sanksiyaları inkişaf etmək üçün fürsət olaraq görməlidirlər.

İran İslam Respublikası prezidenti əlavə etdi: İmperializm ilə mübarizə şüar ilə yekunlaşmır. Bunu əməldə göstərmək lazımdır və elm təməlli şirkətlər ölkənin ehtiyaclarının təmin edilməsində xaricə və Qərbə olan asılılığa son qoymalıdırlar. Bu, böyük qüdrətlər ilə mübarizə deməkdir.

Həsən Ruhani daha sonra elm və texnologiyanın inkişafının sərhəd tanımadığını deyərək, ABŞ kimi hər şeyin ətrafına divar çəkmək istəyən ölkələrin uğur qazanmayacaqlarını bildirib.

İran prezidenti böyük qüdrətlərin İrana dərman sahəsində təzyiq göstərmək istədiklərini deyərək, əlavə edib: Ümidvaram İran İslam Respublikası İslam İnqilabının beşinci dekadasının başlanğıcında elm və texnologiyanın inkişafında region və dünyada öncül olsun.

Teqlər