Fev 27, 2019 12:02 Asia/Baku
  • İran prezidenti Zərifin istefasını qəbul etmədi
    İran prezidenti Zərifin istefasını qəbul etmədi

İran İslam Respublikası prezidenti İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etmədi.

Həsən Ruhani çərşənbə günü İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı məktubda, onun istefasını qəbul etmədiyini bildirərək, Zərifin istefasını ölkənin maraqlarına zidd adlandırıb. 

Ruhani bildirib: İranın xarici işlər naziri ABŞ-ın hərtərəfli təzyiqləri qarşısında müqavimətin ön cəbhəsində dayanıb və Xarici İşlər Nazirliyinin ötən aylarda ABŞ-ın fitnələri qarşısındakı uğurları regional və beynəlxalq səviyyədə böyük önəm kəsb edib. 

İran İslam Respublikası prezidenti İran xalqı ilə düşmən olanların, xüsusilə də İsrail rejiminin Zərifin istefa verməsinə sevinmələrini, onun uğurlarına dəlalət edən ən  yaxşı fakt və xarici işlər naziri vəzifəsində qalması üçün ən yaxşı səbəb adlandırıb və deyib: Tam qətiyyət, şücaət və müdriklik ilə öz yolunu davam etdir. 

Teqlər