İnqilab Rəhbəri: Şəhidlərin ölməz müraciəti, cəmiyyəti qorxu və kədərdən çəkindirməkdir
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, şəhidlərin ölməz müraciəti, cəmiyyəti qorxu və kədərdən çəkindirməkdir.
Həzrət Ayətullahuluzma Xamenei Kerman vilayətinin 6500 şəhidinin anım konfransının təşkilatçıları ilə görüşdə şəhidlərin adları və xatirələrinin əziz tutulmasını Allah yolunda cihadın və mübarizlərin yüksək qiymətləndirilmələri və onların iftixarla dolu yollarının davam etdirilməsinə təşviq adlandırıb və belə deyiblər: Müqəddəs Müdafə dövründə şəhidlər və döyüşçülərin hörmət və iftixarla yanaşı yad edilmələri səbəb oldu ki, ölkəni müdafiə meydanında iştiraka təmayül genişlənsin və bu gün də düşmənlərin şəhidlərin xatirələrinin bərpası ilə ziddiyyətləri iftixarlı şəhadət yolunu bağlamaq və ictimaiyyətin təbəqələrinin mübarizə hərəkətinə təşviq olunmalarının qarşısını almağa görədir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Şəhidlərin adları və xatirələrinin yüksəldilməsi ölkədə mübarizə hərəkətini gücləndirəcək. O həzrət bir xalqın qüdrətinin sirrini müxtəlif sahələrdə şücaətli, qorxmaz və sinəsini sipər etməyə və müqavimət göstərməyə hazır olan gənclərin mövcudluğu adlandırıb və belə deyiblər: Bu sərmayəyə malik olacaq bir xalq qalib və güclüdür və heç vaxt zəlil olmayacaq və şəhidlərin adlarının yaşadılması belə sərmayə və gənclər yaradır.
Həzrət Ayətullahuluzma Xamenei şəhidlərin ölməz müraciətini cəmiyyəti qorxu və kədərdən çəkindirmək adlandırıb və belə qeyd ediblər: İran düşmənlərinin yumşaq müharibədəki səyi və hədəfi, İran xalqını kədərli və məyus etmək və onu meydana girməkdən qorxutmaqdır. Amma qarşı tərəfdə şəhidlərin bizim üçün olan müraciəti və müjdəsi budur ki, əgər düşmənlərin istəklərinin əksinə olaraq mübarizə meydanına girsəniz, Allah-Taala Müqəddəs Müdafiə dövründə olduğu kimi qorxu və kədəri uzaqlaşdıracaqdır.