Mart 05, 2019 17:35 Asia/Baku
  • General Səfəvi: Heç bir regiondankənar qüdrət İrana zərər vura bilməz
    General Səfəvi: Heç bir regiondankənar qüdrət İrana zərər vura bilməz

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib ki, heç bir regiondankənar qüdrət İrana zərər vura bilməz.

General-mayor pasdar Seyid Yəhya Rəhim Səfəvi Tehranda İmam Hüseyn(ə) adına Hərbi Akademiyanın tələbələri qarşısında bildirib ki, İran heç vaxt müsəlman ölkələr üçün bir təhlükə olmayıbdır. O, əlavə edib: İran İslam Respublikası hazırda Qərbi Asiya bölgəsinin birinci qüdrətinə çevrilib və beynəlxalq parametrlər də təsirlidir.

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri Amerikanın gücünün tənəzzül etməsinə də işarə edib: Amerikalılar bilirlər ki, zəifləyiblər və daha dünyanın supergücü deyillər. Onlar əgər eləyə bilsəydilər, Suriyanın prezidenti Bəşşar Əsəd hökumətini devirərdilər.

General-mayor pasdar Səfəvi İslam İnqilabı mərkəz olmaqla İslam Dünyasının yeni gücü barədə belə deyib: İran İslam İnqilabı dünyanın qüdrət həndəsəsini pozdu və hazırda İslam Dünyasında ziyalındırma mərkəzi İran İslam İnqilabı və İslam Respublikası Rəhbərliyidir.

Teqlər