Apr 02, 2019 09:58 Asia/Baku
  • Zərif: ABŞ-ın sanksiyaları iqtisadi terrorizmdir
    Zərif: ABŞ-ın sanksiyaları iqtisadi terrorizmdir

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın İran xalqına qarşı sanksiyalarını qınayaraq, bu sanksiyaları iqtisadi terrorizm adlandırdı.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bazar ertəsi axşam Tvitter-də paylaşdığı müraciətdə yazıb: Trampın BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olan maksimum təzyiq siyasəti İranın Qırmızı Aypara Cəmiyyətinin eyni zamanda ölkənin müxtəlif məntəqələrində baş verən və misilsiz bir hadisə sayılan seldən zərər çəkən insanlara yardımların göstərilməsində çətinliklər ilə üzləşməsinə səbəb olub. 

Zərif öz müraciətində yazır: İrana satışı qadağan edilmiş vasitələrdən biri xilasedici helikopterlərdir və hazırkı şəraitdə seldən zərər çəkmiş müxtəlif məntəqələr məhz belə bir helikopterə ehtiyaclıdırlar. Bunun adını iqtisadiyyat savaşı yox, iqtisadiyyat terrorizmi qoymaq olar. 

Ötən iki həftə ərzində İranın şimal, qərb və cənub məntəqələrində yağan fasiləsiz yağışlar çayların daşmasına, şəhər və kəndlərin sel suları altında qalmasına səbəb olub. Nəticədə xeyli miqdarda zərər və ziyanlar dəyib. 

Teqlər