Munisan: İran və Türkmənistanın müştərək novruz tədbiri sülh müraciətinə malikdir
İranın mədəni irs, əl işləri sənayesi və turizm təşkilatının sədri İran və Türkmənistanın birgə novruz tədbirinin sülh və dostluq müraciətinə malik olduğunu dedi.
İRNA-nın məlumatına görə, İranın Mədəni İs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Əli Əsğər Munistan cümə axşamı İran və Türkmənistanın ilk müştərək novruz tədbirində dedi: Novruz dostluq carçısıdır. Daha aydın gələcək üçün ümiddir.
Munisan dedi: Novruz sülh və dostluq müjdəsi verməklə y anaşı, torpaq və təbiətə hörmət əlaməti, torpaqdan gələn bərəkət üçün şənlik deməkdir.
İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Tutirzm Təşkilatının sədri müxtəlif millətlərdən olan 300 milyondan çox insanın 30 ölkədə Novruz bayramını qeyd etdiyinə işarə edərək, İran və Türkmənistan dövlətlərinin ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində daha artıq səy göstərəcəklərinə ümidvarlıq etdi və dedi: Novruz mədəniyyətinə malik ölkələr arasında turizmin genişləndirilməsi keçmişimizin öyrənilməsində mühüm rola malikdir.
İran və Türkmənistan arasında ilk müştərək novruz tədbiri iki ölkə prezidentlərinin müavinlərinin iştirakı ilə iki ölkə sərhədində yerləşən Bacgiran sərhəd keçid məntəqəsində keçirilib.
YUNESKO "Novruz" bayramını dünyanın mədəni irsi olaraq qeydə alıb və 21 mart BMT-nin təqvimində beynəlxalq Novruz günü adlandırılıb.