Apr 16, 2019 11:46 Asia/Baku
  • Zərif Notr-Dam kilsəsindəki yanğına görə təəssüf ifadə edib
    Zərif Notr-Dam kilsəsindəki yanğına görə təəssüf ifadə edib

İranın xarici işlər naziri Parisin Notr-Dam kilsəsindəki yanğına və bu tarixi kilsənin başlıca hissəsinin dağılımasına görə təəssüf ifadə edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün öz twitter səhifəsində Fransa xalqı və dünya katoliklərinin kədəri ilə bölüşərək, əlavə edib: Viktor Hüqonun şah əsəri vasitəsilə bütün dünya xalqlarını bir-birilərinə yaxınlaşdıran və tək Allaha ibadətə məxsus olan məşhur bina- Notr-Dam kilsəsinin bir hissəsi müharibələr və inqilabın ardınca 800 il davam gətirdikdən sonra dağıldı.

Notr-Dam kilsəsi dünən gecə yanğına düçar olub. Yanğın nəticəsində 12-ci əsrə aid olan kilsənin ən hündür qülləsi və damı uçub.

Notr-Dam kilsəsi ildə 13 milyon turist qəbul edir.

Bu kilsə fransız yazıçı Viktor Hüqonun "Notrdam kilsəsinin qozbeli" romanında mühüm yer alıb və bu cəhətdən məşhur olubdur.

Teqlər