İran Şri-Lankanın xalqı və hökumətinin kədəri ilə bölüşüb
https://azeri.sahartv.ir/news/İran-i339207-İran_Şri_lankanın_xalqı_və_hökumətinin_kədəri_ilə_bölüşüb
İran Xarici İşlər Nazirliyinin sözçüsü Şri-Lankada həyata keçirilmiş terror əməliyyatını pisləyərək, həlak olanların ailələri, həmçinin bu ölkənin hökuməti və xalqının kədəri ilə bölüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2019 12:02 Asia/Baku
  • İran Şri-Lankanın xalqı və hökumətinin kədəri ilə bölüşüb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Şri-Lankada həyata keçirilmiş terror əməliyyatını pisləyərək, həlak olanların ailələri, həmçinin bu ölkənin hökuməti və xalqının kədəri ilə bölüşüb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi Şri-Lankanın paytaxtı Kolomboda keçirilmiş terror əməliyyatına toxunaraq, deyib: Bugünkü cinayət bir daha göstərdi ki, mənfur terrorizm fenomeni hər cür sərhəd, irq və dindən asılı olmayaraq, beynəlxalq bir problemə çevrilibdir.

Musəvi vurğulayıb: Terrorizmin kökü yalnız bütün ölkələrin polad iradələri və bütün imkanlardan istifadə ilə, eləcə də onunla ikili rəftarlar olmadan kəsilməlidir.