Apr 28, 2019 12:32 Asia/Baku
  • Tehranda “1414-cü il üfüqündə İslam Dünyasının gələcəyi” adlı beynəlxalq konfrans işə başlayıb
    Tehranda “1414-cü il üfüqündə İslam Dünyasının gələcəyi” adlı beynəlxalq konfrans işə başlayıb

Bu gün İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin çıxışı ilə Tehran Universitetində “1414-cü günəş ili üfüqündə İslam Dünyasının gələcəyi” adlı beynəlxalq konfrans işə başlayıb.

Bu konfrans Tehran Universiteti və İslam Dünyasının Gələcək Araşdırmalar İnstitutunun iştirakı ilə iki gün müddətinə keçirilir. Konfransda bəzi islami ölkələrin Tehrandakı səfirləri, həmçinin Avstraliya, Avstriya, Finlandiya, Fransa, Əlcəzair, Livan, Tunis, Misir, İraq və Türkiyədən olan mütəfəkkirlər və daxili müəllimlər, eləcə də İranın bir qrup naziri, ölkə və hərbi rəsmisi iştirak edirlər.

İslam Dünyasında ətraf mühitin gələcəyi, İslam Dünyasında elm və texnologiyanın gələcəyi, İslam Dünyasında sivilizasiya, mədəniyyət və dəyərlərin gələcəyi, İslam Dünyasında iqtisadiyyatın gələcəyi və İslam Dünyasında siyasət və təhlükəsizliyin gələcəyi mövzularında 20 ixtisas yığıncağının keçirilməsi bu beynəlxalq hadisənin digər tədbirlərindəndir.

Həmçinin qərar üzrə bu konfransda “Bir məsələ, Bir həll yolu” tədqiqatının təqimatı olmalıdır.

 

 

Teqlər