Apr 29, 2019 21:30 Asia/Baku
  • Pompeonun İran neftinin alıcılarına qarşı təhdidi
    Pompeonun İran neftinin alıcılarına qarşı təhdidi

ABŞ-ın dövlət katibi Vaşinqtonun yeni neft sanksiyasına mənfi beynəlxalq reaksiyaların ardınca bir daha İran neftinin alıcılarını hədələyib.

Mayk Pompeo bu gün Türkiyə və Çin kimi ölkələri hədələyərək bildirib ki, İrandan neft alqısını davam etdirəcəkləri halda, cavabdeh olmalıdırlar və Amerikanın cəzaları və sanksiyalarına məruz qalacaqlar.

Pompeo İran neftinin alıcılarından bəzilərinə yenidən istisnanın tətbiq edilməsi mövzusunun araşdırılması barədəki bəzi xəbərlərə işarə etmədən deyib: Biz İran neftinin boşluğunu dolduracaq ölkələr tapacağıq.

Ağ Ev aprelin 22-də bir bəyanatda bildirdi ki, mayın 2-də hələ də İrandan neft alan ölkələr üçün nəzərdə tutulan istisnalara son qoyacaqdır.

Vaşinqton bundan öncə bildirmişdi ki, İranın neft ixracatını sıfıra endirəcək, amma bu siyasətin icrasında uğursuz qaldı və Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan və Tayvanı İrana qarşı neft sanksiyalarından istisna etməyə məcbur oldu.

Türkiyə və Çin kimi ölkələr Ağ Ev-in anti-İran hərəkətlərini rədd edərək, bildirdilər ki, Vaşinqtonun neft sanksiyalarına əhəmiyyət vermirlər.

Teqlər