May 03, 2019 08:22 Asia/Baku
  • Zərif: Qarşıda Amerika ilə savaş baş verməyəcək

İranın xarici işlər naziri deyib ki, İran ilə Amerika arasında qarşıda müharibənin baş verəcəyini təsəvvür etməsə də təsadüfi hadisələr hərbi qarşıdurmaya çevrilə bilər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Londonda çıxan İndipendent qəzeti ilə müsahibədə İran ilə Amerikanın qarşıdıurmasına gətirib çıxara biləcək təsadüfi hadisələrdə məqsədinin gəmilərin Hörmüz boğazından keçməsi üstündə ehtimal olunan gərginliklər olduğunu bildirib.

Zərif 2016-cı ildə Fars Körfəzi sularında bir neçə amerikalı əsgərin həbs olunmasını qarşıdurmaya gətirib çıxara biləcək hadisələrdən adlandırıb.

İranın diplomatiya aparatının başçısı həmçinin deyib: İranlı və amerikalı məhbusların mübadiləsi üçün Tehran İranda həbs olunmuş amerikalıları Amerikada və digər yerlərdə sanksiyalardan yan keçmək günahı ilə həbs olunmuş iranlılarla mübadilə etməyə hazırdır.

İranın xarici işlər naziri Amerika prezidenti Donald Trampın sevimli mediası olan Foks Nyus-la müsahibəsinin səbəbi barədə belə deyib: Bəzən qarşı tərəflə söhbət etmək mühümdür və Foks Nyus-la müsahibədə Amerika prezidentinin tərəfdarları ilə əlaqə yaradıldı.

Teqlər