May 04, 2019 17:58 Asia/Baku
  • Laricani: Ərəbistan və BƏƏ neft satışının həcmini artırmağa qadir deyillər
    Laricani: Ərəbistan və BƏƏ neft satışının həcmini artırmağa qadir deyillər

İran İslam Şurası Məclisinin sədri ABŞ-ın İrandan neft alan ölkələr üçün güzəştləri ləğv etməsinə işarə edərək, dedi: Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri neft ixracatının həcmini artırmağa qadir deyillər.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani şənbə günü Tehranda İranın Coğrafiya Cəmiyyətinin 14-cü iclasında dedi: Düşmən İrandan neft alan ölkələr üçün güzəştlərin müddətini uzatmamaqla psixoloji əməliyyata başlayıb. 

Laricani həmçinin dedi: Düşmən bilir ki, İran öz neftini satmasa ölkələr enerjinin təmin edilməsində problem ilə üzləşəcəklər. Buna görə də psixoloji əməliyyata əl atmağa məcburdur. 

ABŞ hökuməti İrandan neft alan ölkələr üçün təyin edilmiş güzəştin müddətini uzatmayacağını bildirib. 

ABŞ dövlət katibi Mayk Pompeo Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin İran neftinə sanksiyanın tətbiq edilməsi ilə dünya neft bazarında yaranacaq boşluğu doldurmağa hazır olduqlarını deyib. 

Teqlər