Zərif Pekin hava limanında: Nüvə anlaşmasının xilas edilməsi dünya ictimaiyyətinin borcudur
İran İslam Respublikasının xarici işlər naziri deyib: Nüvə anlaşmasının xilas edilməsi dünya ictimaiyyətinin borcudur və əgər beynəlxalq ictimaiyyət hiss edirsə ki, nüvə anlaşması mühüm bir nailiyyətdir, onda İran kimi onun qorunması üçün real addımlar atmalıdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Pekin hava limanında əlavə edib: İndiyədək dünya ictimaiyyəti nüvə anlaşmasının qorunması üçün real addımlar atmaq yerinə, daha çox fikir bildirib və bəyanat yayıbdır.
Zərif real addımları belə açıqlayıb: Real addılmlar tamamilə məlumdur. İranın iqtisadi əlaqələrinin vəziyyəti adiləşdirilməlidir və buna nüvə anlaşmasında birbaşa şəkildə işarə edilibdir.
İranın xarici işlər naziri əlavə edib: BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi elə bu məsələyə toxunur. Buna görə, əgər dünya ictimaiyyəti, həmçinin Çin və Rusiya kimi İranın dostları və nüvə anlaşmasının digər üzvləri bu nailyyətin qorunub saxlanılmasını istəyirlərsə, onda real addımlarla İran xalqının nüvə anlaşmasının mənfəətlərindən bəhrələnməsinə səbəb olmalıdırlar.
İranın xarici işlər naziri bir neçə Asiya ölkəsinə səfərinin davamında Çinin yüksək vəzifəli rəsmiləri ilə nüvə anlaşması daxil olmaqla beynəlxalq və regional məsələlər barədə danışıqlar aparmaq məqsədilə bu gün Pekin hava limanına daxil olubdur.