Zərif: Tehran Vaşinqton ilə müzakirə etməyəcək
May 21, 2019 19:25 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri: ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq qalmadığı və İran ilə hörmət əsasında rəftar etmədiyi zamana kimi Tehran Vaşinqton ilə müzakirə etməyəcək.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına verdiyi müsahibədə dedi: İran İslam Respublikası ABŞ prezidenti Donald Tramp hökuməti ilə müzakirə etməyəcək.
Zərif həmçinin, ABŞ-ın Asiyanın qərbindəki təhrikedici hərəkətləri barədə xəbərdarlıq edərək, dedi: ABŞ regionda hərbi iştirakını artırmaqla çox təhlükəli bir oyuna başlayıb.
İranın xarici işlər naziri ABŞ prezidentinin İrana qarşı son təhdidlərinə gəlincə dedi: İran İslam Repsublikası təhdidlər qarşısında təslim olmayacaq və heç vaxt zorla müzakirəyə razı olmayacaq.