Zərif: ABŞ-ın qondarma iddiası region üçün təhlükəlidir
İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın Asiyanın qərbində hərbi iştirakını artırmaq məqsədilə irəli sürdüyü iddiaya reaksiya olaraq dedi: Bu iddia beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdiddir və bunun qarşısı alınmalıdır.
ABŞ prezidenti cümə günü Asiyanın qərbinə 1500 ABŞ hərbçisinin göndərilməsindən xəbər verərək, bunun regionda İran təhlükəsi ilə mübarizə aparmaq üçün olduğunu iddia etdi.
Məhəmməd Cavad Zərif şənbə günü səhər Pakistanı Tehran istiqamətində tərk etməzdən öncə İRNA-ya verdiyi müsahibədə dedi: Amerikalılar öz aqressiv siyasətlərini əsaslandırmaq və Fars Körfəzi məntəqəsində gərginlik yaratmaq üçün bu kimi iddialar irəli sürür.
İranın xarici işlər naziri həmçinin dedi: ABŞ-ın regiondakı hərbçilərinin sayını artırmaq məqsədilə səsləndirdiyi qondarma iddia region üçün çox təhlükəlidir və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir.
Zərif Pakistana olan iki günlük səfəri zamanı bu ölkənin siyasi və hərbi rəsmiləri o cümlədən baş nazir, xarici işlər naziri, ordu komandanı və parlament sədri ilə görüşüb, ikitərəfli əlaqələr habelə, regional əməkdaşlıqlar və təhlükəsizlik mövzusunda danışıqlar aparıb.