May 26, 2019 09:44 Asia/Baku
  • İranın xarici işlər naziri İraq prezidenti ilə görüşdü
    İranın xarici işlər naziri İraq prezidenti ilə görüşdü

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü axşam Bağdadda İraqın prezidenti Bərhum Saleh ilə görüşdü.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif və Bərhum Saleh bu görüşdə ikitərəfli əlaqələr və regional məsələləri müzakirə ediblər. 

Məhəmməd Cavad Zərif prezident Bərhum Saleh ilə görüşməzdən öncə başnazir Adil Əbdülmehdi ilə görüşüb, ikitərəfli əlaqələri habelə, regional və beynəlxalq məsələləri müzakirə edib. 

Zərif şənbə günü yüksək səviyyəli siyasi heyətin başında İraq rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Bağdada səfər edib. Bağdad hava limanında Zərifi İraqın xarici işlər nazirinin müavini Nəzar Xeyrullah qarşılayıb. 

Zərif Bağdadda İraq parlamentinin sədri Məhəmməd Hələbusi və İraqın xarici işlər naziri Məhəmməd Əli Əl-Həkim ilə də görüşüb danışıqlar aparmalıdır. 

Teqlər