Zərif: İran Fars Körfəzi ölkələri ilə ən yaxşı əlaqələrin tərəfdarıdır
İran İslam Respublikasının xarici işlər naziri Tehranın Fars Körfəzi ölkələri ilə ən yaxşı əlaqələrin tərəfdarı olduğu söyləyərək, dedi: İran dialoqa və gərginliyin azaldılmasına əsaslanan istənilən təklifi müsbət qarşılayır.
İranın xaric işlər naziri Məhəmməd Cavad Zərif bazar günü İraqın xarici işlər naziri Məhəmməd Əli Həkim ilə birgə mətbuat konfransında dedi: Tehran Fars Körfəzi ökələriilə gərginlikdən çəkinməyə dair müqavilənin imzalanmasına dair müxtəlif təkliflər irəli sürüb və bu təkliflər hələ də masa üzərindədir.
Zərif həmçinin, ABŞ-ın İrana qarşı zalımcasına sanksiyalarına işarə edərək, dedi: İran düşmənlərin təhdidləri ilə mübarizə aparmaq üçün iqtisadi və hərbi baxımdan tam hazırlığa malikdir.
İranın xarici işlər naziri Avropa ölkələrini nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq qalmadıqları üçün tənqid edərək, dedi: Amerika qanunlara arxa çevirmək və beynəlxalq qətnamələri pozmaqla yanaşı, quldurluqla digər ölkələri də öz birtərəfli əməllərinə boyun əyməyə məcbur etmək istəyir.
İraqın xarici işlər naziri Məhəmməd Əli Həkim də bu mətbuat konfrasında İrana qarşı zalımcasına sanksiyalaraı tənqid edərək, dedi: Bağdad bu sanksiyalar ilə müxalifdir və bu böhranlı vəziyyətdən çıxmaqda İrana kömək edir.