General Cəlali: İran regionun birinci kiber qüdrətidir
https://azeri.sahartv.ir/news/İran-i341482-general_cəlali_İran_regionun_birinci_kiber_qüdrətidir
İranın mülki müdafiə təşkilatının sədri dedi: İran İslam Respublikası regionda kiber güc baxımından birincidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2019 08:36 Asia/Baku
  • General Cəlali: İran regionun birinci kiber qüdrətidir
    General Cəlali: İran regionun birinci kiber qüdrətidir

İranın mülki müdafiə təşkilatının sədri dedi: İran İslam Respublikası regionda kiber güc baxımından birincidir.

Qulamrıza Cəlali çərşənbə axşamı İranın ikinci telekanalının xüsusi xəbər buraxılışında kiber təhdidlərə işarə edərək, dedi: İran bu təhdidlər ilə üzləşmək üçün kifayət qədər böyük güc əldə edib və bu növdən olan hücumları asanlıqla önləməyə qadirdir. 

İranın mülkü müdafiə təşkilatının sədri həmçinin dedi: İran bu ilki kiber sərgidə ötən ilki sərgiilə müqayisədə təqribən 400%-lik inkişafa malik olub. Bu, kiber təchizatların sayı və keyfiyyətinə aiddir. 

Cəlali ABŞ-ın Venesuelanın elektrik şəbəkəsinə olan son kiber hücumuna işarə edərək, ABŞ-ı dünyanın ən böyük kiber hücumçusu adlandırdı.