May 31, 2019 20:03 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti Həsərn Ruhani "Əsrin anlaşmasını" Fələstinin məhvinə köklənmiş fitnə adlandıraraq, sionistlərin işğalçılığına və bütün İslam ölkələrinə qarşı təcavüzkarlığa hesablndığını dedi.

Həsən Ruhani bu gün cümə İslam Əməkdaşlıq Təşkilatınnı Məkkə sammitində iştirak edən İslam ölkələri başçılarına ünvanlanmış müraciətdə İslam ölkələri başçılarını Qüdsün müsəlmanların birinci qibləsi olaraq qoruyub, saxlamağa dəvət edib və bildirib: İslam ölkələri başçıları təhlükəli "Əsrin anlaşması" planı ilə mübarizə aparmaq və Fələstini müdafiə etmək üçün bu fürsətdən istifadə etməlidirlər. 

İran İslam Respublikası prezidenti həmçinin dedi: İslam ölkələri müsəlmanların birinci qibləsinin sionistlər tərəfindən işğal olunması məsələsinin gündəmdən çıxarılmasına və sionistlərin Qüdsə nəzarətinin təsbit olunması ilə yekunlaşmasına icazə verməməlidirlər. 

Ruhani ABŞ hökumətinin Beytül-Müqəddəsi sionist rejimin paytaxtı kimi tanımasını və Suriyanın Colan yüksəkliklərinin işğal altında olan Fələstin ərazilərinə birləşdirilməsini tanımasını Amerikanın İslam dünyası ilə aşkar düşmənçiliyinin nişanəsi adlandırıb və deyib: Bu addım İslam Dünyasına qarşı təhlükəli bir prosesin başlanğıcıdır. Və təəssüflər olsun ki, İslam ölkələri bu məsələyə münasib reaksiya vermirlər. 

İran İslam Respublikası prezidenti həmçinin dedi: "Əsrin anlaşması" adlı fitnə planını hazırlayanlar fələstinliləri öz torpaqlarına qaytımaq haqqından məhrum etməklə, Fələstin məsələsini həmişəlik olaraq məhv etmək , sionistlərin İslam dünyasına istilasına zəmin yaratmaq istəyirlər. 

Ruhani İslam ölkələrini daxili ixtilafları bir kənara qoymağa dəvət edərək, dedi: İslam dünyasını başlıca məsələdən yəni Fələstin məsələsindən  yayındıran istənilən addım sionist rejimə və İslamın düşmənlərinə xidmət istiqamətində atılmış addımdır. 

Ruhani daha sonra İran İslam Respublikasının İslam ölkələri ilə əməkdaşlığa hazır olduğunu deyərək, Əl-Əqsa məscidi və Qüdsü müdafiə yolunda hamını birlik və həmrəyliyə dəvət etdi. 

Teqlər