Zərif: İran-ABŞ müzakirəsi ehtimal olunmur
İyun 02, 2019 21:34 Asia/Baku
İranın xarici işlər naziri İran-ABŞ müzakirəsinin ehtimal olunmadığını bildirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Amerikanın ABC News kanalının aparıcısı Marta Raddatz ilə müsahibədə əlavə edib: Amerika ilə müzakirə əslində İrana qarşı təzyiq prosesinin davamıdır.
Zərif ABŞ-ın İrana qarşı sanksiyalarını "iqtisadi terrorizm" adlandırıb və deyib ki, Amerikanın sanksiyaları İranın adi xalqını hədəfə alıbdır.