Ruhani və Laricani gənc iranlı ağırlıqqaldıranları təbrik ediblər
https://azeri.sahartv.ir/news/İran-i342126-ruhani_və_laricani_gənc_iranlı_ağırlıqqaldıranları_təbrik_ediblər
İran prezidenti Həsən Ruhani və İran İslam Şurasının sədri Əli Laricani dünən gecə İranın gənclərdən ibarət ağırıqqaldırma komandasının dünya çempionatında qalib gəlməsini təbrik ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2019 06:52 Asia/Baku
  • Ruhani və Laricani gənc iranlı ağırlıqqaldıranları təbrik ediblər
    Ruhani və Laricani gənc iranlı ağırlıqqaldıranları təbrik ediblər

İran prezidenti Həsən Ruhani və İran İslam Şurasının sədri Əli Laricani dünən gecə İranın gənclərdən ibarət ağırıqqaldırma komandasının dünya çempionatında qalib gəlməsini təbrik ediblər.

Həsən Ruhani öz müraciətində bu dəyərli qələbə münasibətilə qəhrəmanlar yetişdirən İran xalqını təbrik və İranın gənclərdən ibarət ağırıqqaldırma komandasının bütün məsul şəxsləri və məşqçilərinə təşəkkür edibdir.

Əli Laricani də öz müraciətində bu çempionluğu təbrik edərək, belə qeyd edib: Dördüncü il dalbadal əldə olunan bu böyük uğur İran gənclərinin ləyaqəti və bacarığı ilə bağlı misilsiz cilvələri dünya xalqlarına təqdim etdi.

İranın gənclərdən ibarət ağırıqqaldırma komandası iki qızıl, 4 gümüş və 9 bürünc medal və 622 xal qazanaraq, dördüncü il dalbadal dünya çempionu olubdur.