İyun 14, 2019 13:28 Asia/Baku
  • Musəvi: Hörmüz boğazının təhlükəsizliyinin təminin məsuliyyəti İranın üzərinə düşür

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin İrana qarşı əsassız ittihamına reaksiyada deyib: Hörmüz boğazının təhlükəsizliyinin təminin məsuliyyəti İranın üzərinə düşür.

Seyyed Əbbas Musəvi Amerikanın dövlət başçılarının, o cümlədən dövlət katibi Mayk Pompeonun İrana qarşı ittihamlarına işarə edərək, əlavə edib: Yaponiya baş nazirinin bölgədə gərginliklərin azaldılması üçün İranın yüksək vəzifəli rəsmilərilə danışıqlar apardığı bir halda, hansı gizli əllər bu səylərə təsir göstərmək ardıncadır və hansı kəslər ondan mənfəət qazanır?

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinə xitabən deyib: Oman dənizindəki tankerlər hadisəsi barədə şübhələrin yaranması nəinki bir zarafat və yumor deyil, əksinə nigaranedici və xəbərdaredicidir.

Dünən sübh Oman dənizində Yaponiyaya aid olan və neft məmulatları daşıyan iki tanker yanğına düçar oldu.

İranın limanlar və dənizçilik təşkilatının dəniz axtarışı və xilası bölməsi bu hadisənin baş verməsindən dərhal sonra bu iki tankerin ekipaj üzvlərini xilas edərək, münasib və müalicə xidmətlərinin göstərilməsi məqsədilə İrann cənubundakı Cask limanına köçürdü.

ABŞ dövlət katibi Mayk Pompeo dünən axşam heç bir fakt təqdim etmədən Oman dənizində iki tankerə qarşı hücumda İranı məsuliyyət daşıyan tərəf kimi təqdim edibdir.

 

 

Teqlər