İyun 14, 2019 15:17 Asia/Baku
  • İran xalqı təzyiq altında əsla müzakirə etməyəcək

Tehranın cümə namazı xitabətçisi deyib: Amerika ilə müzakirənin heç bir mənfəəti yoxdur və İran xalqı iqtisadi təzyiqlər altında əsla müzakirə etməyəcək.

Ayətullah Seyyed Əhməd Xatəmi vurğulayıb ki, Amerika İranla müzakirə arzusunu qəbirə aparacaq.

O, əlavə edib: Amerikalı hökmranlar, həmçinin Donald Tramp-Con Bolton-Mayk Pompeo üçbucağı sadiq deyillər və Amerikanın İranla müzakirəyə hazır olması iddiası böyük bir yalandır. Zira Tramp İranı, özü də, Amerika prezident seçkiləri ərəfəsində müzakirə masası arxasına çəkməklə səs əldə etmək ardıncadır.

Tehranın cümə namazı xitabətçisi deyib ki, İran nüvə məsələsindəki müzakirə təcrübəsini təkrar etməyəcək. O, əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdəki bəyanatı dahiyanə, zirəkcəsinə və sayıqcasına idi və Amerika prezidentinin müraciətini qəbul etməmək Trampın bir növ təhqir olunması demək idi.

Ayətullah Xatəmi həmçinin deyib: Trampın Amerikanın İran İslam Respublikası quruluşunu dəyişmək niyyətində olmamasına dair iddiası böyük bir yalandır, çünki ötən qırx ildə heç bir Amerika prezidenti İran İslam Respublikasına qarşı bir hərəkət edə bilmədi.

Tehranın cümə namazı xitabətçisi ali-səudun Yəməndəki soyqırımına da işarə edib: Hər yerdə ki, qətl və qarətdən söz gedir, səudların adları müşahidə olunur və bu rejim Yəmənin infrastrukturlarını məhv edərək, minlərlə günahsız yəmənli uşaq və qadının həyatını əlindən alıbdır.

Ayətullah Xatəmi ərəbistan və əmirliklərin Sudanda etirazçıların qırğın edilmələrində Sudan hərbi şurasına verdikləri dəstəklər barədə əlavə edib: Uşaqlar daxil olmaqla ərəbistanlı etirazçıların edamı da səud rejiminin cinayətkar və qaniçən xislətinin göstəricisidir.

 

 

 

Teqlər