General Baqeri: İran Hörmüz boğazı və Fars Körfəzinin təhlükəsizliyinin qoruyucusudur
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi deyib: İran Hörmüz boğazı və Fars Körfəzinin təhlükəsizliyinin himayədarı və qoruyucusudur və bu bölgənin təhlükəsizliyini ölkənin daxili təhlükəsizyili kimi hesab edir.
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri bu gün müxbirlər qarşısında deyib: Bir kəsin Hörmüz boğazı üçün problem yaradacağı zamanadək, İran onun təhlükəsizliyini qoruyacaq. O, əlavə edib: İran İslam Respublikasının neftinin ixrac olunacağı zamanadək başqalarının nefti də təhlükəsizliklə ixrac olunacaqdır.
General Baqeri düşmənlərin əmirliklərin Fucəyrə limanında və Oman dənizindəki fitnələrinə işarə edərək, deyib: Amerika, sionist rejim və onların bölgədəki mürtəce müşayiətçiləri bu şübhəli hadisələri İran İslam Respublikasına aid ediblər.
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi vurğulayıb ki, İran İslam Respublikasının silahlı qüvvələri Hörmüz boğazı və Fars Körfəzinə yiyələnmələri ilə onların təhlükəsizliyini bərqərar edirlər. O, əlavə edib: İran Hörmüz boğazını bağlamaq qüdrətinə malikdir.
Cümə axşamı günü sübh Oman dənizində iki tanker yanğına düçar oldu. Bu xəbərin yayılmasından az sonra ABŞ-ın dövlət katibi Mayk Pompeo heç bir sənəd təqdim etmədən İranın bu hadisədə məsuliyyət daşıdığını bildirdi.