İyun 27, 2019 14:13 Asia/Baku
  • Zərif: İnqilab Rəhbəri ofisinin sanksiya edilməsi bütün İran xalqına hörmətsizlikdir

İran İslam Respublikasının xarici işlər naziri Tehranda CNN telekanalının müxbiri ilə müsahibədə vurğulayıb: Amerikanın ötən həftələr ərzindəki hərəkətləri mübarizə mahiyyətli və təhrikedici olubdur, xüsusən Birləşmiş Ştatların İran xalqına qarşı ən çox hörmətsizliyi olan, İnqilab Rəhbərinin ofisinə qarşı sanksiyalar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu müsahibədə İranın qarşıdurma və savaş dalınca olmadığını bildirərək, əlavə edib: Amerika elə bir mövqedə deyildir ki, İranın məhv etsin və İran xalqı hər bir təcavüz qarşısında müqavimətə hazırdır.

İranın xarici işlər naziri deyib: Amerika prezidenti Donald Tramp xatırlamalıdır ki, 18-ci milad əsrində yaşamırıq. BMT Nizamnaməsi adında bir nizamnamə mövcuddur və müharibə ilə hədələmək qanunsuzdur.

O, sonra deyib: Amerika hökuməti İran hökumətini zəiflətməyə çalışır. Amerika yanlış analizə əsasən, bu qənaətə gəlibdir.

Zərif əlavə edib: Amerika prezidenti yanlış informasiya və analiz alıbdır.

Amerika İrana qarşı psixoloji savaş salmaq məqsədli anti-İran hərəkətlərinin davamında bazar ertəsi günü İslam İnqilabının Böyük Rəhbərinin ofisinə, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın bir qrup komandanına qarşı yeni sanksiyalar tətbiq edibdir.

Amerika hökuməti həmçinin bildiribdir ki, İranın xarici işlər nazirinə də sanksiya tətbiq edəcəkdir.

 

 

Teqlər