İraqçı: İranın strateji səbri tükənib
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini dünən axşam Vyanada müxbirlər qarşısında avropalıların nüvə anlaşması qarşısındakı sədaqətsizliklərinə işarə edərək, vurğulayıb ki, İran İslam Respublikasının strateji səbri tükənibdir.
Seyyed Əbbas İraqçı bildirib ki, avropalılar indiyədək öz nüvə anlaşması öhdəliklərinə əməl etməyiblər.
O, deyib: İran İslam Respublikası bundan artıq birtərəfli şəkildə nüvə anlaşmasına əməl edərək, onu icra edə bilməz.
İraqçı xatırladıb: İran Avropa ölkələrinin və nüvə anlaşmasında qalan digər ölkələrin Amerikanın bu beynəlxalq anlaşmadan qanunsuz şəkildə çıxmasına qarşı siyasi mövqelərini alqışlayır, amma bu siyasi mövqelər real addımlara çevrilməlidir.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini bu gün Vyanada keçiriləcək nüvə anlaşmasının müştərək komissiyasının iclası barədə isə belə deyib: Rəsmi Tehran ümid edir ki, müştərək komissiyada nüvə anlaşmasına üzv ölkələr tərəfindən real və hissolunacaq addımların atılmasının şahidi olacaq. Əks halda, tamamilə qanuni olan və nüvə anlaşmasındakı hüquqlarına əsaslanan bu anlaşmadakı öhdəliklərinin azaldılması ilə bağlı qərarını davam etdirəcəkdir.
Nüvə anlaşmasının müştərək komissiyasının ən yeni iclası bu gün 4+1 ölkələrinin xarici işlər nazirlərinin müavinləri və siyasi müdirləri səviyyəsində Vyanada keçiriləcək.