İran və Çin bir cəbhədə dururlar
https://azeri.sahartv.ir/news/İran-i343435-İran_və_Çin_bir_cəbhədə_dururlar
İranın rabitə və informasiya texnologiyaları naziri vurğulayıb: İran və Çin Amerikanın informasiya texnologiyası sahəsindəki hegemonçuluğu və təkvektorluluğu ilə mübarizədə bir cəbhədə dururlar və özlərinin strateji həmkarlıqlarını artırmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2019 14:39 Asia/Baku
  • İran və Çin bir cəbhədə dururlar
    İran və Çin bir cəbhədə dururlar

İranın rabitə və informasiya texnologiyaları naziri vurğulayıb: İran və Çin Amerikanın informasiya texnologiyası sahəsindəki hegemonçuluğu və təkvektorluluğu ilə mübarizədə bir cəbhədə dururlar və özlərinin strateji həmkarlıqlarını artırmalıdırlar.

İranın rabitə və informasiya texnologiyaları naziri Mohəmməd Cavad Azəri-Cəhromi Deliyana səfər ərəfəsində bu gün Çinin Tehrandakı səfiri Tszyan Huva ilə görüşdə Çini rəqəmsal iqtisadiyyat sahəsində İran üçün mühüm bir şərik adlandırıb və xüsusən informasiya texnologiyaları sahəsində həmkarlıqların inkişafına təkid edib.

Cəhromi Amerikanın zalımcasına sanksiyalarının yaratdığı problemlərə toxunaraq, deyib: Tehran sanksiyalarla mübarizə üçün müəyyən yollar nəzərdə tutubdur.

Çinin Tehrandakı səfiri də iki ölkə münasibətlərinin qənaətbəxş səviyyəsinə toxunaraq, İranın rabitə və informasiya texnologiyaları nazirinin Ümumdünya İqtisadiyyat Assambleyasının yay sessiyasında iştirak üçün Çinə səfərini olduqca mühüm adlandırıbdır.