İyul 08, 2019 12:59 Asia/Baku
  • Musəvi: Əgər avropalılar loqopediyanı davam etdirərlərsə, İran üçüncü addıımı daha möhkəm atacaqdır

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: Əgər nüvə anlaşmasında qalmış ölkələr, xüsusən avropalılar öz öhdəliklərinə əməl etməzlər və loqopediyanı davam etdirərlərsə, İran İslam Respublikası üçüncü addıımı daha möhkəm atacaqdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi bu gün daxili və xarici müxbirlərlə brifinqdə İranın avropalılara təyin etdiyi altmışgünlük möhlətin başa çatması və İranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmasının ikinci addımının başlanmasına işarə edərək, deyib: İran İslam Respublikası öz milli maraqları və milli təhlükəsizliyi əsasında müstəqil qərar çıxarır.

Musəvi Avropanın nüvə anlaşmasındakı əməlsizliyi və onların İranın öhdəliklərinin azalmasına reaksiyaları barədə belə deyib: Tehran nüvə anlaşmasındakı öhdəliklərini azaltmaq üzrə cavab addımına başlayıb və bildiribdir ki, onun hüquqları və vəzifələri ilə Amerikanın nüvə anlaşmasından çıxması və avropalıların əməlsizlikləri arasında bir tənasüb yoxdur.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb: İranın Avropanın əməlsizliyinə cavab vermək haqqı var və bu reaksiya məntiqli və hüquqi olaraq, nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsaslanır.

Musəvi Fransa prezidenti Emmanuel Makronun İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə telefon danışığı barədə isə belə deyib: Yeni müzakirədən söz getmir, məsələ Amerikanın çıxmasından sonra nüvə anlaşmasının icra tərzi barəsindədir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü ərəbistan və İngiltərə tərəfindən müsadirə olunmuş İranın iki tankerinin son vəziyyəti barədə deyib: Ərəbistandakı tanker texniki nasazlığa düçar olaraq kömək istəyib və ərəbistan limanlarından birinə köçürülübdür. Bu barədə hüquqi və texniki fəaliyyətlər davam edir.

Musəvi Cəbəllüttariqdə müsadirə olunmuş tanker barədə isə deyib: Siyasi və hüquqi addımlar ciddi şəkildə atılır və bu istiqamətdə İngiltərənin Tehrandakı səfiri iki dəfə İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb və bəzi avropalı diplomatlarla məşvərət aparılbdır.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi daha sonra Taliban heyətinin İrandakı iştirakı və İranın Əfqanıstan sülh müzakirələrindəki rolu ilə bağlı söyləyib: İran bölgədə fəal bir oyunçu kimi sülh və sabitlik ardınca olaraq, həm Əfqanıstan hökuməti, həm də bu ölkədə sülh və sabitliyin bərqərarına kömək edə biləcək ölkələrlə əlaqədədir.

 

 

Teqlər