İyul 09, 2019 13:15 Asia/Baku
  • General Baqeri: İranın silahlı qüvvələri düşmənin hər cür ədavətli hərəkətinə cavab verməyə hazırdırlar

İranın silahlı qüvvələrinin baş qərargah rəisi deyib ki, İran İslam Respublikasının Silahlı Qüvvələri düşmənin hər hansı bir ədavətli hərəkətinə dərhal cavab verməyə hazırdırlar.

General-mayor pasdar Mohəmməd Baqeri bu gün İranın silahlı qüvvələrinin baş qərargah rəisi əvəvinin təqdimatı mərasimində bildirib ki, İran İslam Respublikası nə savaşdan qorxur, nə də ki, onu alqışlayır. O, əlavə edib: İranın silahlı qüvvələri düşmənin ehtimal olunan hər cür təcavüzünə qətiyyətli cavab verəcəklər.

General-mayor Baqeri ABŞ ilə Avropanın nüvə anlaşması məsələsindəki sədaqətsizliklərinə toxunaraq, deyib: Qərbin nüvə anlaşması qarşısında vədə xilaf çıxmasına rəğmən, İran İslam Respublikası quruluşu bir il gözlədi və icazə verdi, bütün dünya ölkələri və xalqları əmin olsunlar ki, İran İslam Respublikası öz öhdəliklərinə sadiqdir.

İranın silahlı qüvvələrinin baş qərargah rəisi həmçinin hamının, xüsusən amerikalıların özlərinin heyrətinə səbəb olmuş  Amerikanın “Qlobal Hauk” tipli modern casusluq PUA-nın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələri tərəfindən vurulmasını xatırladaraq, deyib: İran bu gün raket, dəniz və hava hücumundan müdafiə sahələrində lazımi gücə malikdir və həmin məsələ səbəb olubdur ki, düşmənin güc nöqtələrindən biri, yəni onun hava və raket gücü son dərəcə problemlə üzləşmiş olsun.

İranın silahlı qüvvələrinin baş qərargah rəisi İran yanacağını daşıyan bir tankerin İngiltərə tərəfindən puç ittihamlarla beynəlxalq sularda müsadirə edilməsini İranın silahlı qüvvələrinin düşmənin təcavüzkar PUA-na qarşı birbaşa, şəffaf və şücaətli hərəkətinə cavab xarakterli hərəkət adlandırıb. O, vurğulayıb: Bu hərəkət cavabsız qalmayacaq və münasib bir zaman və məkanda bu biabırçı hərəkətə cavab nəzərdə saxlanacaqdır.

 

 

Teqlər