İyul 11, 2019 15:26 Asia/Baku
  • Sepah Fars Körfəzində İngiltərə tankerini dayandırmaq cəhdini təkzib edib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələri amerikan mənbələrin Sepah-ın dəniz qüvvələri katerlərinin Fars Körfəzində İngiltərə tankerini dayandırmaq cəhdini təkzib edib.

Bəzi qərb medialarında Pentaqon mənbələrinə istinadla belə bir iddia sürülmüşdü ki, güya İranın beş kateri Fars Körfəzində bir İngiltərə tankerini ələ keçirməyə çalışıb və İngiltərənin "HMS Montrose" gəmisinin məsələyə qarışması ilə onlar geri çəkiliblər.

 Sepah-ın dəniz qüvvələri bu iddianı təkzib edibdir.

İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri bildirib: İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin Fars Körfəzindəki  katerlərinin patrul keçmələri cari metodlar və bəyan edilmiş tapşırıqlar əsasında bərqərardır. Onlar sayıqlıq, diqqət və dəyanətlə patrul keçməkdədirlər və ötən sutka ərzində də heç bir əcnəbi, o cümlədən ingilis kateri ilə heç bir qarşıdurma baş verməyibdir.

Teqlər