İyul 14, 2019 12:05 Asia/Baku
  • Ruhani: Amerikanın İran xalqına qarşı bütün səyləri uğursuz qalıb
    Ruhani: Amerikanın İran xalqına qarşı bütün səyləri uğursuz qalıb

İran İslam Respublikasının prezidenti deyib: Amerika ötən 14 ay ərzində İran xalqına qarşı ən sərt sanksiyalar tətbiq edib, amma hər bir istiqamətdə, istər ictimai, istər siyasi və istərsə də hüquqi istiqamətlərdə hərəkət edibdirsə, məğlub olubdur.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətinin Şirvan məntəqəsi əhalisinin əzəmətli toplusu qarşısında əlavə edib: Amerika on dörd aydır ki, İran xalqına qarşı ən sərt sanksiyalar tətbiq edib, amma İslami İranın qəhrəman, sayıq və müqavimətli xalqı bu müddət ərzində qüdrətlə onların qarşısında dayanıbdır.

Ruhani əlavə edib: Amerikalılar region ölkələrində, o cümlədən Əfqanıstan, İraq, Suriya və Yəməndə məğlub olublar və əgər bir kəs iddia etsə ki, İran xalqı göstərilmiş təzyiqlər nəticəsində zəifləyibdir, yersiz, qeyri-düzgün və yalan sözdür.

İran İslam Respublikası prezidenti söyləyib: Amerikanın BMT-də, müxtəlif toplantılarda və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki anti-İran hərəkətləri uğursuz qalıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin iclasında da dünyanın əksər ölkələri İran xalqına dəstək verdilər.

Ruhani deyib: Amerika beynəlxalq məhkəmədə və İranın şikayətindən sonra da məhkum edildi və dünyanın ümumi fikri bu ölkənin hərəkətlərini pislədi.

İranın icra hakimiyyətinin başçısı vurğulayıb: İran İslam Respublikası Amerikanın təzyiqlərinə rəğmən, əcnəbilərə və beynəlxalq fondlara ehtiyac əli uzatmadı və öz ayaqları üstündə dayandı və ötənilki borclarının bir hissəsini də ödəyə bildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Teqlər