Zərif: İran nüvə anlaşması barədə yenidən müzakirə etməyəcək
https://azeri.sahartv.ir/news/İran-i344425-zərif_İran_nüvə_anlaşması_barədə_yenidən_müzakirə_etməyəcək
İranın xarici işlər naziri deyib ki, İran İslam Respublikası nüvə anlaşması barədə yenidən müzakirə etməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2019 06:27 Asia/Baku
  • Zərif: İran nüvə anlaşması barədə yenidən müzakirə etməyəcək
    Zərif: İran nüvə anlaşması barədə yenidən müzakirə etməyəcək

İranın xarici işlər naziri deyib ki, İran İslam Respublikası nüvə anlaşması barədə yenidən müzakirə etməyəcək.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BBC-yə verdiyi müsahibədə telekanalın aparcısının "Nə üçün nüvə anlaşması barədə yenidən müzakirə etmirsiniz?" sualına cavab verib. O deyib: İran İslam Respublikası danışıqları tərk etməyib, danışıqları tərk edən ABŞ idi.

İran xarici işlər naziri eyni zamanda vurğulayıb: Amerika prezidenti Donald Tramp müharibə istəmir, lakin onun hökumətində elə kəslər vardır ki, divanədirlər və müharibəyə susayıblar.

İranın diplomatiya aparatının başçısı deyib: Əgər müharibə baş verərsə, regionda heç bir ölkənin təhlükəsizliyi olmayacaq, buna görə, hamı müharibədən çəkinməyə çalışmalıdır.