27 mindən çox iranlı zəvvar ərəbistana daxil olub
https://azeri.sahartv.ir/news/İran-i344555-27_mindən_çox_iranlı_zəvvar_ərəbistana_daxil_olub
Həcc mərasimini yerinə yetirmək üçün indiyədək 27 mindən çox iranlı zəvvar ərəbistana daxil olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2019 04:15 Asia/Baku
  • 27 mindən çox iranlı zəvvar ərəbistana daxil olub

Həcc mərasimini yerinə yetirmək üçün indiyədək 27 mindən çox iranlı zəvvar ərəbistana daxil olubdur.

İranın Həcc və Ziyarət Təşkilatının sədri Əlireza Rəşidiyan deyib: Çərşənbə gününədək 27 min 199 iranlı zəvvar İran İslam Respublikasının hava yolları şirkəti- HOMA-nın 110 uçuşu ilə ərəbistan ərazisinə daxil olub.

Rəşidiyan bildirib ki, hazırda iranlı zəvvarlar üçün 58 min 379 viza əldə olunubdur. O, əlavə edib: İranlı zəvvarların İrandakı 19 uçuş dayancağından Mədinə və Ciddə hava limanlarına 361 gediş uçuşu həyata keçirilməkdədir.

İranın Həcc və Ziyarət Təşkilatının sədri həmçinin vurğulayıb ki, indiyədək müqəddəs Mədinə və Məkkə şəhərlərində Beytullahulhəramın iranlı zəvvarlarına xidmətlərin təqdim olunması sahəsində xas bir problem müşahidə olunmayıbdır. O, deyib: İndiyədək bütövlükdə builki həcc əməliyyatı yaxşı irəliləyib və hazırda icra olunmaqdadır.