İyul 21, 2019 08:15 Asia/Baku
  • General Şərif: Sepah Fars Körfəzində və Hörmüz boğazında qanunun tətbiqində qətiyyətlə hərəkət edəcək
    General Şərif: Sepah Fars Körfəzində və Hörmüz boğazında qanunun tətbiqində qətiyyətlə hərəkət edəcək

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın sözçüsü deyib: İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri İranın digər silahlı qüvvələri ilə yanaşı, Fars Körfəzində və Hörmüz boğazında İranın dəniz hüdudlarında suverenliyin, eləcə də cari beynəlxalq qanunların tətbiqində qətiyyətlə hərəkət edəcək.

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü briqada generalı pasdar Rəməzan Şərif bəzi əcnəbi katerlərin təhdidedici, təhrikedici və təkəbbürlü rəftarları barədə xəbərdarlıq edərək, vurğulayıb: İngiltərənin “Stena İmpero” tankeri cümə günü dənizçilik üzrə qayda-qanunları pozaraq, öz CPS aparatını söndürüb, Hörmüz boğazında Fars Körfəzinin girəcəyinə tərəf hərəkət etmək yerinə, cənubdakı çıxış istiqamətindən daxil olmaqda idi.

General Şərif deyib: İngiltərə tankerinin Sepah-ın dəniz bölməsinin xəbərdarlıqlarına məhəl qoymamasından və hətta İngiltərə monarxiyasının dəniz qüvvələrinin hərbi freqatının müdaxiləsi  və müqavimətindən, eləcə də iki ədəd vertolyotun havaya qalxmasından və Sepah-ın dəniz qüvvələri komandoslarını öz tapşırıqlarını yerinə yetirməkdən çəkindirməyə cəhddən sonra həmin tanker iranlı qüvvələrin qətiyyətli və hərəkət sürəti iilə dayandırıldı.

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Fars Körfəzində və Hörmüz boğazında gediş-gəliş niyyətində olan bütün gəmi və katerlər vasitəsilə dənizçilik və beynəlxalq qayda-qanunlara dəqiq riayəti, bu strateji məntəqənin təhlükəsizliyi və asayişinin qorunmasının zamin adlandırıb və belə vurğulayıb: Bu qanunlar təkcə bu məntəqəyə məxsus deyil və dünyanın digər su yollarında da icra olunur və təbii olaraq, regiondankənar qüvvələrin bu məntəqədəki qeyri-peşəkar və təhrikedici iştirakından irəli gələn mövcud həssaslıqlara görə, bu qanunların tətbiqi daha artıq əhəmiyyət kəsb edibdir.

 

 

Teqlər