İyul 21, 2019 17:04 Asia/Baku
  • Tehranın cənubunda dünyanın ən modern radarları istifadəyə verilib
    Tehranın cənubunda dünyanın ən modern radarları istifadəyə verilib

Bu gün İranın yol və şəhərsalma nazirinin iştirakı ilə Qom şəhərinin "Kuşke Bəzm" məntəqəsində MSSR və PSR radarları üzrə strateji layihə istifadəyə verilib.

Bütün quraşdırılma və işəsalınma mərhələləri iranlı mütəxəssislər tərəfindən həyata keçirilmiş MSSR və PSR radarları 120 kilometrlik radiusadək olan mühiti əhatə edirlər.

Dünyanın ən son nailiyyətləri ilə təchiz olunmuş bu radarlar müxtəlif hava limanları təchizatları, elektrikal, mexanikal, təhlükəsizliik, nəzarət, naviqasiyaya yardım və rabitə sistemləri spektrindən geniş bir nümunədirlər ki, Tehran atmosferinin əhatə dairəsinin təkmilləşdirilməsinə və İran paytaxtının məhdud uçuşlarının təhlükəsizlik əmsalının artmasına səbəb olacaq.

Teqlər